Bakıda sotu 1000-1500 manata torpaq satılır (VİDEO)
BAKU.WS xəbər verir ki, rieltorlar Assosiasiyasının rəhbəri Vəfadar Axundov durğunluğa görə bağ evi üçün satılan torpaqların qiymətinin 8-10 min manatdan 5-6 min manata endiyini deyir. Ev tikmək üçün Bakının müxtəlif yerlərində, hətta 1 sotu min manata da tapmaq mümkündür.
Rieltorlar Assosiasiyasının rəhbəri bildirir ki, hazırda Azərbaycanda daşınmaz əmlak almaq istəyənlər əsasən xaricdə yaşayan və ya işləyənlərdir. Bakıda ən bahalı torpaq sahələrinin satıldığı ərazi də bəllidir. Burda qiymətlər tikinti bumu zamanı olandan ən az 20-30 faiz daha aşağıdır.
Vəfadar Axundovun sözlərinə görə, Azərbaycanın daşınmaz əmlak bazarına Ərəb ölkələrindən böyük maraq var. Artıq bu ölkələrin iş adamları otel, yaşayış massivi inşa etmək üçün müraciətlər ediblər. Həm xarici ölkələrdə yaşayan azərbaycanlılar, həm də xarici investorların hesabına torpaq bazarında üzü yaya doğru canlanmanın yaşanacağı proqnozlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
Oxşar xəbərlər
Ərəblər Bakıda çox sayda mənzil almaq istəyirlər (VİDEO)
Ərəb turistlərin Bakıya axını daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyib. Hətta mənzil almaq istəyən ərəb turistlərdə var. Bunu paytaxtda mənzil alqı-satqıs...