Azərbaycanda evlər ucuzlaşıb
2015-ci ildə Rusiyada əmlak 15,3% ucuzlaşıb.
BAKU.WS ANS PRESS-ə istinadən xəbər verir ki, rəqəmi təqdim edən "Global Property Guide" beynəlxalq şirkəti Rusiyanı ən zəif əmlak bazarına malik ölkə kimi dəyərləndirib.
"Global Property Guide” tərtib etdiyi "Global Property Index” hesabatında Rusiya sonuncu 44-cü yerdə qararlaşıb. Siyahıda birinici yerdə isə Azərbaycanın digər qonşusu Türkiyə gəlir. Ötən il bu ölkədə əmlak 14,3 faiz bahalaşıb.
Beləliklə, Azərbaycanın əmlak bazarının şimaldan gələn ciddi təzyiq qarşısında olduğunu düşünmək olar. Məsələ bundadır ki, bir qayda olaraq Rusiyada əmlak ucuzlaşan kimi bu ölkədə yaşayan azərbaycanlılar Bakıdakı evlərini sataraq Moskva və Sankt-Peterburqdan ev almağa çalışırlar. Bu isə ölkədən külli miqdarda valyuta çıxarılması ilə nəticələni və Azərbaycan manatına təzyiqlər artır.
Bu effekt "Global Property Guide”nin hesablamalarına görə Rusiyada əmlakın 6,15% ucuzlaşdığı 2014-cü ilin sonlarında və 2015-ci ilin əvvəllərində xüsusilə güclü idi. Göründüyü kimi, 2015-ci ilin ucuzlaşma göstəricisi iki dəfə yüksəkdir və buna görə də indi ölkənin mənzil sektorunu daha çox valytua tərk edəcəyini düşünmək olar.
Bununla belə, Azərbaycan Rieltorlar Assosiasiyasının (ARA) prezidenti Vəfadar Axundov bu il vəziyyətin elə də kəskin olmadığını bildirib. ARA prezidenti fikrini ölkədə əmlakın həddindən ucuzlaşması ilə izah etdi: "Azərbaycanda əmlak faktiki olaraq 30 faizdən çox ucuzlaşıb. Buna görə də Bakıda evi satıb Moskva və Sankt-Peterburqda ev almaq mümkün deyil. Moskavada 32 kvadratmetrlik bir otaqlı evi mərkəzdə 180 min dollara deyirlər, yəni mənzilin kvadratı 6 min dollara qədər çatır. Bizdə isə tam təmirli 55 kvadratlıq bir otaqlı evi 30 min manata, yəni kvadratı 340 dollara təklif edən yeni massivlər var”.
Vəfadar Axundovun fikrincə, Azərbaycanda qiymətlər ən aşağı düşüb: "İndi ev almaq üçün ən əlverişli məqamdır. Əvvəllər bizim əmlak bazarı regionda ən yüsək idisə, indi tərsinədir. Devalvasiya üzündən real ucuzlaşma daha yüksək olub. Pulu olanlar indi ev alsalar uduzmazlar".
Əslində, əmlak bazarında qiymətlərin bir qədər də reallaşmasına ehtiyac var. Yəni əmlak bazarında qiymətlər hər bir işləyən adamın ipoteka yolu ilə özünə ev ala bilməsinə imkan yaradan səviyyədə olmalıdır. Yəni ayda 500 manat maaş alan 3 nəfərlik orta azərbaycanlı ailəsi ayda 150 manata yaxın ödəməklə şəhər ətrafında ipotekaya bir otaqlı ev götürmək imkanında olmalıdır.
Hələ ki, mənzil qiyməti bu səviyyəyə qədər enməyib. Azərbaycan İpoteka Fondunun ipoteka kalkulyatoruna görə, bu cür evi 150 manata ipotekaya götürmək üçün 3 nəfərlik ailə ayda 700 manat qazanmalı və ilkin ödəniş üçün 5000 manata yaxın vəsaitə malik olmalıdır. Yəni qiymətlər bir qədər də optimallaşmalıdır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda evlər bahalaşacaq
Azərbaycan daşınmaz əmlak bazarında fevralda baş tutmuş artım bundan sonra da davam edə bilər. BAKU.WS-in məlumatına görə, bunu Trend-ə "MBA Group" konsaltinq...