Azərbaycanlılar İstanbulun ən bahalı yerində milyonlarla dollarlıq əmlaklar alıb

Azərbaycanlılar İstanbulun ən bahalı yerində milyonlarla dollarlıq əmlaklar alıb
İqtisadiyyat 946
 

İstanbulun ən bahalı ərzilərinə azərbaycanlıların marağı artıb.

BAKU.WS-in məlumatına görə, mərkəzi rayonlar kimi bilinən Göktürk və Kemerburqazada investorlar daha çox daşınmaz əmlak almağa çalışır. Dünyanın ən çox məsləhətçiyə sahib şirkəti "Keller Williams" İstanbulun mərkəzindəki daşınmaz əmlakları qiymətləndirib. Şirkətdən bildirilir ki, yerli və xarici investorların diqqətini çəkən Göktürk və Kemerburqazda mənzilin kvadrat metri 4500 dollardır. 

Son 5 ildir ki, azərbaycanlı investorların Göktürk və Kemerburqaz ətrafına maraq göstərirlər. Azərbaycanlılar adı çəkilən ərazilərdə əmlak və torpaq alırlar. 

İnşası davam edən III Havalimanı layihəsi də yerli və xarici investisiyanın bölgəyə axınına zəmin yaradıb. Havalimanı tamamlandıqdan sonra, 2017-ci ildə metro xəttinin da istifadə edilməsi planlaşdırılır. Bölgədə inşa olunan yeni layihələr mənzillərin qiymətini yaxın illərdə daha da artıracaq. Məhz bu amil azərbaycanlıların bu bölgəyə investisiya qoymasına maraq yaradır. Azərbaycanlılar İstanbulun ən bahalı rayonlarında əmlak sahibi olmaq üçün milyon dollarlar xərcləyirlər. 

BAKU.WS

Son xəbərlər