Azərbaycandan Türkiyəyə axan milyonlar
Azərbaycanlı investorlar Türkiyəyə axın etməyə başlayıb.
BAKU.WS-in məlumatına görə, Türkiyənin daşınmaz əmlak bazarında qiymətlərin ucuz olması səbəbi ilə xarici investorlar bu bazara çox sayda vəsait yatırırlar.
Türkiyənin daşınmaz əmlak üzrə satışla məşğul olan "Onursal AŞ" şirkətinin idarə heyyətinin rəhbəri Onur Öngün bildirib ki, daşınmaz əmlak bazarında qiymətlərin stabil qalması xarici investorların tələbatının artmasına səbəb olub. Daha çox holdinq sahibləri sənayə məqsədi ilə böyük əraziləri satın alırlar.
Xarici investorlar arasında ruslar və ərəblərlə yanaşı azərbaycanlıların da sayı az deyil. Son 10 ildə azərbaycanlı investorlar Türkiyədə daşınmaz əmlak bazarının aktiv alıcılarına çevriliblər.
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Holdinq rəhbərinin seksual qızı Azərbaycana gəldi (FOTO)
Türkiyənin ən məşhur yarışmalarından biri olan "İşte benim stilim"də (Bu mənim stilim) iştirak etmiş azərbaycanlı Sima Şərafətdinova Azərbaycana gəlib. BAKU.WS...