Azərbaycandan oğurlanıb çıxarılan milyardlar (SİYAHI)

Azərbaycandan oğurlanıb çıxarılan milyardlar (SİYAHI)
Sosial 2265

ABŞ-ın "Global Financial İntegrity" tədqiqat mərkəzi yeni araşdırmasının nəticələrini açıqlayıb. BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, həmin araşdırmanın nəticələrinə görə, Azərbaycan kapitalın ölkə hüdudlarından kənara qanunsuz çıxarılması üzrə lider ölkələr siyahısına daxildir. Azərbaycan 148 ölkə arasında 17-ci yeri tutur. "Global Financial İntegrity" (GFİ) inkişaf etməkdə olan ölkələrdən qanunsuz maliyyə axınını araşdıran məşhur təşkilatdır. GFİ-nin hesablama metodikası ölkədən yalnız qeyri-leqal yolla çıxarılan kapitalı, yəni sənədlərdə əks olunmayan maliyyə əməliyyatlarını nəzərdə tutur. GFİ gömrük bəyannaməsində idxalın və ya ixracın faktiki dəyərinin azaldımasını, yaxud artırılmasını əsas kanal hesab edir. Qeyri-leqal kapital axınının 83,4 faizi məhz bu kanalın payına düşür. GFİ 2004-2013-cü illər üzrə məlumatları dəyərləndirib.

Azərbaycandan oğurlanıb çıxarılan milyardlar (SİYAHI)

Məlum olub ki, Azərbaycandan hər il qeyri-leqal yolla 9,5 milyard dollar çıxarılır! Bu, yalnız GFİ-nin məlumatıdır! Bu özünəməxsus antireytinq siyahısına ənənəvi olaraq Çin və Rusiya başçılıq edirlər. Çindən 139,228 milyard, Rusiyadan isə 104,977 milyard dollar qeyri-qanuni yolla çıxarılıb. Siyahıda "ilk 20-liyə" daxil olan ölkələr bunlardır: Çin - 139,228 Rusiya - 104,977 Meksika - 52,844 Hindistan - 51,029 Malayziya - 41,854 Braziliya - 22,667 Cənubi Afrika - 20,922 Tailand - 19,177 İndoneziya - 18,071 Nigeriya - 17,804 Qazaxıstan - 16,740 Türkiyə - 15,450 Venesuela - 12,394 Ukrayna - 11,676 Kosta-Rika - 11,346 İraq - 10,501 Azərbaycan - 9,500 Vyetnam - 9,293 Filippin - 9,025 Polşa - 9,002 milyard dollar. Sonra da təəccüblə soruşuruq ki, Azərbaycanın pulları hara gedir. Yaxşı olardı ki, hər il ölkədən çıxarılan milyardların hara getdiyini axtarıb tapasan.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər