Manat devalvasiyaya uğrayacaq

Manat devalvasiyaya uğrayacaq
İqtisadiyyat 1950

Azərbaycanın milli valyutası yaxın gələcəkdə devalvasiyaya uğraya bilər.

BAKU.WS-in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) Asiya üzrə hesabatında qeyd edilib. Bankın mütəxəssisləri hesab edirlər ki,  Çin Xalq Respublikası (ÇXR) və Hindistan kimi iri sənayesi olan ölkələrdə yumşaq artım perspektivləri müşahidə olunur. 

Ancaq 2015-ci ilin sonu və 2016-cı ilin əvvəlində dünya bazarlarında neftin qiymətinin stabil olmaması, qiymətlərin sürətlə ucuzlaşması, həmçinin Asiya ölkələrinin əksəriyyətində xarici borcun dollarda olan xüsusi çəkisinin 65%-dən çox olması təhlükənin mövcudluğundan xəbər verir.

Bununla yanaşı, ÇXR tərəfindən idxala olan tələbatın azalması, enerji daşıyıcıları, metal və digər xammallar ixrac edən ölkələr- Azərbaycan, Monqolustan, İndoneziya, Qazaxıstan və digər inkişaf etməkdə olan ölkələrdə narahatlıq yaradır. Hesabata əsasən devalvasiya 45 ölkəni təhdit edir. Bu ölkələr arasında Azərbaycanın da adı var.

Hesabatda bildirilir ki, Asiya maliyyə sektorunun sabitləşdirilməsinə və daxili tələbatın stimullaşdırılması üçün lazımi addımlar atılmalıdır. AİB hesab edir ki, tələb olunan addımlar atılmazsa, devalvasiya qaçılmaz olacaq. 

ŞAHİN Həbibov

BAKU.WS

Son xəbərlər