Bakıda məşhur supermarket əhalidən üzr istədi

Bakıda məşhur supermarket əhalidən üzr istədi
Sosial 7185

"Fresco” supermarketlər şəbəkəsi müştəri ilə yaranan problemə görə üzr istəyib.

"Qafqazinfo” xəbər verir ki, alıcılardan biri sosial şəbəkədə foto paylaşaraq marketdən aldığı bananın üzərindəki kağızda qiymətin 83 qəpik, kassada verilmiş qəbzdə isə 91 qəpik olduğunu bildirib.

Foto mətbuatda yayımlandıqdan sonra supermarketlər şəbəkəsi alıcılarından üzr istəyərək qiymət uyğunsuzluğunun texniki səhv olduğunu qeyd edib:

"İlk növbədə, belə bir hal baş verdiyi üçün sizlərdən çox üzr istəyirik, texniki səhv də olsa, bu, bizim səhvimizdir. Tamamilə sistemdə olan ləngimədən qaynaqlanan bir səhvdir. Dünən mağazamızda bananın kilosu 1.79 AZN olub, bugün isə bananın qiyməti 1.95 AZN müəyyən olunub. Rəfin üzərində qiymətin 1.95 AZN olmasına baxmayaraq (yəni müştəri alarkən bananın 1.95 AZN olduğunu bilirdi), tərəzinin texniki nasazlığı olduğu üçün həmin tərəzidə qiymət dəyişikliyi baş tutmayıb və təəsüf ki, banan köhnə qiymət ilə hesablanıb. Bu səhv üçün sizdən bir daha üzr istəyirik, amma bu o demək deyil ki, biz müştərini aldatmağa çalışmamışıq”.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev məsələylə bağlı lent.az-a açıqlamasında qeydə alınan bu qiymət uyğunsuzluğunu qanun pozuntusu adlandırmışdı və bununla bağlı tədbirlər görülməli olduğunu bildirmişdi.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda məşhur supermarketlər şəbəkəsi BAĞLANDI

Bakıda məşhur supermarketlər şəbəkəsi BAĞLANDI

Bakıdakı məşhur "Lider-AS" supermarketlər şəbəkəsi fəaliyyətini dayandırıb. BAKU.WS report-a istinadən xəbər verir ki ki, artıq bir neçə gündür şəbəkənin marke...

8050 Sosial 15:35 13 yanvar 2017

Son xəbərlər