Gündəlik tələbat malları yenidən bahalaşdı

Gündəlik tələbat malları yenidən bahalaşdı
Sosial 2511

Dolların bahalaşmasının Azərbaycan iqtisadiyatına, əhalinin sosial vəziyyətinə mənfi təsirləri davam edir. Artıq iki gündür ərzaq məhsullarının və gündəlik təlabat mallarının qiymətlərində artım müşahidə olunur.

Çörəyin qiyməti 10 qəpik artıqdan sonra tütün məmulatları 20-40 qəpik civarında bahalaşdı. "Bizim Yol”-un əməkdaşının satıcılarla söhbəti zamanı məlum olub ki, ən böyük artım şəkər tozunun qiymətində olub. Bu məhsulun qiymətində nə az, nə çox, 30 qəpik bahalaşıb. Satıcılar bu artımı tələbatın artması ilə əlaqələndirirlər. Qışa hazırlıq görən əhali mürəbbə hazırlamaq üçün daha çox şəkər tozu almalı olurlar.

Satıcılar çayın qiymətindən başqa bütün ərzaq məhsullarında qiymətin artdığını qeyd edərək, bahalaşmanını davam edəcəyini vurğulayırlar.

İqtisadçı ekspert Zaur Əhmədov bildirir ki, qiymət artımı birmənalı olaraq təbii artımıdır: "Milli valyutanın dəyəri neftin qiymətindən asılıdır. Neftin qiyməti hələ də Azərbaycan üçün arzuolunan səviyyədə deyil. Ona görə də manat ucuzlaşır və idxal olunan məhsulların, xammalın qiyməti artmaqda davam edir. 

Təcrübə göstərir ki, adətən avqust və sentyabr ayları idxal baxımından ən çətin aylar olur. Qışa və yeni tədris ilinə hazırlıqla bağlı olaraq geyim və yeyinti məhsullarına tələb artır. Əhalinin xərclərinin artdığı aylar məhz bu aylardır. Əhalinin gələcək 9 aylıq problemini bir ay ərzində həll etmək cəhdi nəticəsində bazarda canlanma baş verir. Tələb artıqca sözsüz ki, sahibkar xarici valyuta axtarmalı və məhsulu idxal edib ölkədə satışını təşkil etməlidir. Bu səbəbdən ölkədə istehsal olunmayan məhsulların qiymətinin artması qaçılmazdır”. 

Ekspert bildirir ki, oktaybr ayından dekabr ayına qədər qiymətlərdə stabillik müşahidə olunacaq: "Dekabr ayının ikinci on günlüyündən sonra isə yeni qiymət artımı dalğası başlayacaq”.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər