Bakıda məşhur supermarketlər şəbəkəsi BAĞLANDI

Bakıda məşhur supermarketlər şəbəkəsi BAĞLANDI
Sosial 8049

Bakıdakı məşhur "Lider-AS" supermarketlər şəbəkəsi fəaliyyətini dayandırıb.

BAKU.WS report-a istinadən xəbər verir ki ki, artıq bir neçə gündür şəbəkənin marketləri işləmir.

Marketlərdə olan mallar isə başqa yerlərə daşınır. 

Faktı report-a təsdiqləyən "Lider-AS" supermarketlər şəbəkəsinin direktoru İsmayıl İsmayılov bildirib ki, yanvarın 10-dan etibarən marketlər fəaliyyətini dayandırıb. 

O qeyd edib ki, əvvəllər Bakının müxtəlif yerlərində şəbəkənin 4 marketi olub. Hüseyn Cavid prospektində olan market bir müddət əvvəl bağlanıb: "Yanvarın 10-da isə Abbas Mirzə Şərifzadə, Şəfayət Mehdiyev və Cəfər Xəndan küçələrində yerləşən filiallarımız fəaliyyətini dayandırıb".

İ.İsmayılov deyib ki, ticarətin zəifləməsi və son zamanlar ziyanla işləmələri marketlərin bağlanmasına səbəb olub. 

BAKU.WS 

Oxşar xəbərlər

BELLO və NİCOS.. həm hədiyyəli, həm sərfəli

BELLO və NİCOS.. həm hədiyyəli, həm sərfəli

Nurgün şirkətlər qrupunun "Bello” və "Nicos” brendləri növbəti möhtəşəm aksiyaya start verdilər. Aksiya şəhərimizin nəhəng marketlər şəbəkəsi olan "Neptun” və "...

1025 Şou-biznes 16:11 21 dekabr 2016

Son xəbərlər