Bakıda havada tozun miqdarı 3 dəfədən çoxdur – XƏBƏRDARLIQ
Bakıda havanın tozlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən BAKU.WS-ə bildirilib.
Qeyd edilib ki, mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə görə Bakı və Abşeron yarımadasında 25 oktyabr 2018-ci il tarixində səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.
Ölkə ərazisində sinoptik vəziyyətlə və cənub-qərb küləyinin güclənməsi ilə əlaqədar ətraf ərazilərdə formalaşan toz Bakı şəhərinin bir çox rayonlarında, əsasən Yasamal və Xətai rayonlarında müşahidə edilir.
Sözügedən ərazilərdə aparılan monitorinqlərin nəticələrinə əsasən havada tozun miqdarının sanitar normadan 2.5-3 dəfə çox olduğu müəyyən edilib.
BAKU.WSOxşar xəbərlər
Nazirlikdən çirkli hava ilə bağlı VACİB MƏLUMAT - sabah günün birinci yarısınadək davam edəcək
Azərbaycan ərazisində toz-dumanı müşahidə olunur.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən BAKU.WS-ə verilən...