Nazirlikdən çirkli hava ilə bağlı VACİB MƏLUMAT - sabah günün birinci yarısınadək davam edəcək

Nazirlikdən çirkli hava ilə bağlı VACİB MƏLUMAT - sabah günün birinci yarısınadək davam edəcək
Şou-biznes 751
Azərbaycan ərazisində toz-dumanı müşahidə olunur.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən BAKU.WS-ə verilən məlumata görə, departamentin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən sentyabrın 5-ində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub. Buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 3,6 dəfə yuxarı olduğu qeydə alınıb.Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.BAKU.WS

Son xəbərlər