Bakıda gecə də avtobuslar işləyəcək – RƏSMİ AÇIQLAMA
31
dek
2018
15:33
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti sərnişin axınına uyğun olaraq təşkil ediləcək.Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, zərurət olan istiqamətlər üzrə xəttə əlavə avtobuslar buraxılacaq.Bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.Bununla yanaşı 31 dekabr axşam saatlarından etibarən yanvarın 1-i gecə saatlarınadək şəhər yollarındakı svetoforların fəaliyyətinə nəzarət adi günlərlə müqayisədə artırılacaq. Sıxlıq müşahidə edilən küçə və prospektlərdə nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə svetoforlarda yaşıl dalğa tətbiq ediləcək.Bakı Nəqliyyat Agentliyi xalqımızı 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, firavanlıq, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayırıq!BAKU.WS
Oxşar xəbərlər
BNA bayram günləri ilə bağlı planlarını açıqladı
Bakı Nəqliyyat Agentliyi (BNA) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar tətil günlərində müntəzəm marşrut xətlərinin...