Bayram günləri avtobuslar gecə saat 01:00-a qədər işləyəcək

Bayram günləri avtobuslar gecə saat 01:00-a qədər işləyəcək
Sosial 1073
Bayram günləri avtobuslar gecə saat 01:00-a qədər işləyəcək.Bakı Nəqliyyat Agentliyindən (BNA) BAKU.WS-ə verilən məlumata görə, agentlik bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.BNA-nın göstərişinə əsasən bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar 31.12.2017; 01.01.2018; 02.01.2018-cı il tarixlərində gecə saat 01:00-ə qədər xidmət göstərəcək.BAKU.WS

Oxşar xəbərlər

Bakıda avtobus sürücülərinə xəbərdarlıq edildi

Bakıda avtobus sürücülərinə xəbərdarlıq edildi

Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara qış mövsümü ilə bağlı xəbərdarlıq məktubu göndərilib.Bu barədə BAKU.WS-ə...

6986 Sosial 12:02 25 noyabr 2017

Son xəbərlər