"Sahil" metrosunda təmir işləri ilə əlaqədar daşıyıcılara xəbərdarlıq

Sahil metrosunda təmir işləri ilə əlaqədar daşıyıcılara xəbərdarlıq
Sosial 1616
Metronun "Sahil" stansiyasında aparılacaq təmir işləri zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin həmin istiqamətdə rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) 5,18, 88 və 125 nömrəli müntəzəm marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq məktubu göndərib.BNA-dan verilən xəbərə görə, daşıyıcılara təmir işləri başa çatanadək avtobuslararası intervala maksimum dərəcədə əməl etmək tapşırılıb.“Həmçinin, sərnişin axınına uyğun olaraq zərurət olacağı halda interval azaldılmalıdır. Eyni zamanda, ehtiyac olarsa, sözügedən marşrut xətləri üzrə avtobusların sayının artırılması da daşıyıcılara tapşırılıb”, - deyə məlumatda vurğulanıb.BAKU.WS

Oxşar xəbərlər

Bakıda bu marşrutlar 20 saat işləyəcək

Bakıda bu marşrutlar 20 saat işləyəcək

Bakı Nəqliyyat Agentliyi 23-25 iyun tarixlərində paytaxtımızda keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz və ra...

1629 Sosial 12:33 19 iyun 2017

Son xəbərlər