Bakıda evakuator sürücüləri qaydanı belə pozur - VİDEO

Bakıda evakuator sürücüləri qaydanı belə pozur - VİDEO
Video
Sosial 1645

Bakıda Dövlət Yol Polisi İdarəsinə məxsus evakuatorlar yol hərəkəti qaydalarını pozurlar. 

Oxucularımızın BAKU.WS-ə göndərdiyi videodan məlum olur ki, DYP-yə məxsus 10 AP 736 və 90 JN 004 dövlət nömrə nişanlı evakuatorlar hər gün nahar vaxtı Heydər Əliyev Sarayının arxasında Bülbül prospektində dayanma və durmanın qadağan olunduğu ərazidə dayanırlar.  

Ərazidə yaşayan sakinlərin dediyinə görə, həmin evakuatorlar məhz gün ərzində orada dayanan avtomobilləri cərimə meydançasına daşımaqla məşğul olurlar. Nahar fasiləsi zamanı isə DYP əməkdaşları evakuatorları orada saxlayaraq yeməyə gedirlər. 

ƏLİ 

BAKU.WS

Oxşar xəbərlər

Məşhur yol polisi Bakıda qayda pozdu, kameraya düşdü (VİDEO)

Məşhur yol polisi Bakıda qayda pozdu, kameraya düşdü (VİDEO)

Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan yol polisi əməkdaşı bu dəfə özü qayda pozaraq Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, oktyabrın 9-da...

2228 Sosial 09:17 10 oktyabr 2016

Son xəbərlər