Bakıda dəhşətli isti: 69 nəfəri gün vurdu - VİDEO
02
iyl
2018
22:24
Havaların isti keçməsi ilə əlaqədar may ayından iyulun 1-dək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə günvurma diaqnozu 49 nəfər ilə müraciət edib.BAKU.WS bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 21-ə ambulator yardım göstərilib 28 -ə isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib. Müraciət edənlərin hər birinə lazımi tibbi yardım göstərilib, müvafiq müalicə tətbiq edilib evlərinə buraxılıb.Müraciət edən 49 nəfərdən 32-i orta yaşlarında kişi , 4-ü azyaşlı, 9 qadındır. Aralarında ağır və həyati təhlükəsi olan olmayıb. Hospitalizə profilaktik məqsədlə tətbiq edilib.İyulun 1-də isə 20 müraciət qeydə alınıb.Əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü büruzə verən gün vurma halları ilə müraciət edən vətəndaşların müraciətləri Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətində qeydiyyata alınır və nəzarətə götürülür. Vətəndaşlardan günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında acıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, kifayət qədər sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda vətəndaşın durumuna nəzarət məqsədi ilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur. /xezerxeber.azBAKU.WS
Oxşar xəbərlər
Bakıda 17 uşağı gün vurub, 41 nəfər xəstəxanaya yerləşdirilib
İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 93 müraciət olub. BAKU.WS xəbər verir ki, stansiyanı...