Bakıda dairədə avtomobillərin xaotik hərəkəti aradan qaldırılır (FOTO)
Paytaxtın Cavadxan və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki dairədə nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının və taksilərin xaotik hərəkətinin aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri tədbirlər görülüb.
Agentlikdən Trend-ə verilən məlumata görə, sözügedən ünvanda mövcud avtobus dayanacaq məntəqələrinin xətləri yenidən rənglənərək müvafiq nişanlar qoyulub. Ərazidə taksilərin, avtobusların dayanacağa giriş-çıxışına maneə yaratmasının qarşısını almaq üçün yeni taksi duracağı yeri də müəyyənləşdirilib.
Görülən infrastruktur tədbirləri ilə yanaşı, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları əraziyə nəzarəti də gücləndirib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda marşrut xəttləri ilə bağlı yenilik
Bakı Nəqliyyat Agentliyi (BNA) yeni nəqliyyat mübadilə mərkəzlərinin yaradılması istiqamətində tədbirlərini davam etdirir. Agentlikdən BAKU.WS-ə verilən məlu...