Bakıda avtomobil bazarında bahalaşma - benzinlə 22 min, dizellə 26 min AZN

Bakıda avtomobil bazarında bahalaşma - benzinlə 22 min, dizellə 26 min AZN
Sosial 4758
Bakıda yazın əvvəlində avtomobil bazarında qiymətlərdə bahalaşma qeydə alınıb. BAKU.WS xəbər verir ki, bunu “Trend”ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.Ekspert bildirib ki, Bakıda mart ayı ərzində əvvəlki aya nisbətən avtomobil bazarında təklif portfeli 6.2 faiz azalıb. Onun sözlərinə görə, ay ərzində bazar üzrə orta qiymət 22,728 manat olub və əvvəlki ayla müqayisədə orta qiymət 2.5 faiz artıb.N.İbrahimovun sözlərinə görə, ümumi təklif portfelinin 88 faizini benzin mühərriki ilə olan avtomobillər, 12 faizini isə dizel mühərriki ilə olan avtomobillər təşkil edib. Bunlardan isə 67 faizini avtomat sürət qutusu, 33 faizini isə mexaniki sürət qutusu ilə olan avtomobillər təşkil edib.Ekspert bildirib ki, benzin ilə olan avtomobillərin orta qiyməti 22,263 manat, dizel ilə isə avtomobillərin orta qiyməti 26,617 manat olub. Qiymət artımı əsasən benzin mühərrikli avtomobillərdə olub və 4.3 faiz təşkil edib.BAKU.WS

Oxşar xəbərlər

Bakıda mənzillərin qiyməti ucuzlaşıb - SƏBƏB

Bakıda mənzillərin qiyməti ucuzlaşıb - SƏBƏB

2018-ci ilin mart ayında Bakıda mənzillərin qiymətində bahalaşma qeydə alınıb.BAKU.WS-in məlumatına görə, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş dir...

3561 Sosial 20:45 01 may 2018

Son xəbərlər