Bakı-Sumqayıt elektrik qatarlarında problem - bu gün işləməyəcək

03
iyl
2018
09:12
Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır.“Azərbaycan Dəmir Yolları”dan BAKU.WS-ə verilən məlumata görə, sərnişinlərin nəzərinə çatdırırıq ki, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq. “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərdən yaranmış müvəqqəti narahatçılığa görə üzr istəyir.BAKU.WS

Oxşar xəbərlər
Bakı-Sumqayıt qatarlarının yeni hərəkət CƏDVƏLİ
Sərnişindaşımanı optimallaşdırmaq məqsədilə yanvarın 7-dən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir. "A...