Bakı metrosunda yeni rabitə sistemi quraşdırılacaq
13
apr
2019
16:16
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı metrosunda yeni rabitə sistemi quraşdırılacaq.Bunu “Bakı Metropoliteni” QSC-nin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov bildirib. Onun sözlərinə görə, bu sistemə qədər müəyyən yerlərə növbətçilər nəzarət edə bilmirdi.“Yeni sistem qurulandan sonra bütün nəzarət növbətçiyə ötürüləcək. Köhnə qatar-rabitə sistemi dalğaötürücü vasitəsilə həyata keçirilirdi. Belə ki, qatar maşinisti ilə növbətçi arasında informasiya ancaq bu dalğaötürücü vasitəsilə ilə ötürülürdü və stansiya arasında anten rolunu oynayırdı. Amma gələcəkdə quraşdırdığımız radiorabitə sistemində sadəcə antenlər qoyulmaqla vahid bir şəbəkə üzərindən qatar maşinisti ilə radiorabitəni təmin etmək mümkün olacaq”, - deyə E.Məmmədov vurğulayıb.BAKU.WS
Oxşar xəbərlər
Bakı Metropoliteni tarixində İLK: Qadın maşinist işə götürüldü
Bakı Metropoliteni tarixində ilk dəfə qadın maşinist işə götürülüb.Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqla...