Bakı Metrosunda qiymət artımından sonra kondisionerli qatarlar alınacaq
31
iyl
2018
14:57
“Bakı Metropoliteni” QSC-də xidmət keyfiyyətinin artırılması ilə bağlı işlər hər zaman görülür.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, yeni qatarların Bakı metrosuna gətirilməsinə 2015-ci ildən başlanılıb.“Həmin vaxt üç qatar, bu il isə iki qatar gətirilib. Bu proseslər davamlı olaraq aparılacaq. Bizim alacağımız qatarlar mütləq kondisionerli olacaq, informasiya-kommunikasiya texnologiyalarının təchizatı baxımından ən müasir tələblərə cavab verəcək”, - deyə B.Məmmədov əlavə edib.Vaqonların yenilənməsi məsələsinə gəlincə, qurum rəsmisi bildirib ki, bu iki halda mümkündür: “Birincisi, köhnə vaqonlar istismar müddətinin başa vurmalıdır, ikincisi bizim stansiyalarımız tikilir, xətlərimiz inkişaf edir, bu halda da təbii ki, bu məsələ aktuallaşır”.Bundan başqa, B.Məmmədov əvvəlki nəsil qatarlarda kondisioner quraşdırılmasının qeyri-mümkün olmasını əlavə edib: “Çünki bu, konstruktiv məsələdir və bu məsələ gündəmdə deyil”.BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda bədbəxt hadisə! Qatar adam vurdu
Bu gün Bakı Metrosunda xoşagəlməz hadisə baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, saat 13:41-də metronun Neftçilər stansiyasında qatar platformada day...