Bakı Metropoliteni tarixində İLK: Qadın maşinist işə götürüldü
13
apr
2019
12:40
Bakı Metropoliteni tarixində ilk dəfə qadın maşinist işə götürülüb.
Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib.Onun sözlərinə görə, metropoliten tarixində ilk dəfə qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb.“Bizə 10-dan artıq qadın maşinist müraciət edib. Lakin hələlik bir qasdın bu vəzifəyə uyğun bilinib. Bakı Metropoliteni tarixinə ilk qadın maşinist kimi işə götürülüb”, - deyə Bəxtiyar Məmmədov bildirib.Qeyd edək ki, Bakı Metropolitenində qatar maşinistlərinin sayı 237-dir. Onlardan 227 nəfəri tək, 10 nəfəri isə cüt işləyir. 13 nəfər isə təlimatçı-maşinist kimi fəaliyyət göstərir.Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
Bakı metrosunda həyəcan – Sərnişinlər qatardan boşaldıldı - VİDEO
Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.BAKU.WS xəbər verir ki, metronun “Dərnəgül” stansiyasından “Həzi Aslanov” istiqamətində hərəkət...