Bakı metrosunda ayrıca elektrik yarımstansiyası inşa olunur
02
okt
2018
15:57
Bakı Metropoliteninin yeni tikilən stansiyasında yeni və fərqli texnologiyalar tətbiq ediləcək.BAKU.WS xəbər verir ki, bu barədə Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.B.Məmmədov bildirib ki, paytaxtın Ceyhun Səlimov küçəsində tikilməkdə olan Bənövşəyi xəttin 3-cü stansiyasında (B3) yeni və fərqli texnologiyalar tətbiq ediləcək:"Bu stansiyanın gətirəcəyi daha bir yenilik elektrik təchizatı ilə bağlı olacaq. Burada elektrik yarımstansiyası inşa olunur. Onun ərazisində 8 ədəd generatordan ibarət dizel-generator stansiyası qurulacaq. Bununla da Bənövşəyi xəttin elektrik enerjisinə fövqəladə ehtiyacları ödənəcək".O əlavə edib ki, gələcəkdə tikiləcək bütün yeni xətlərdə eyni qayda ilə ehtiyat enerji qida mənbələri olacaq.Qeyd edək ki, yeni stansiyanın tikintisi üzrə işlərin 2019-cu ilin sonuna və yaxud 2020-ci ilin əvvəlinə başa çatdırılması gözlənilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda yeni metro stansiyasının istifadəyə verilmə TARİXİ AÇIQLANDI
Paytaxtın Ceyhun Səlimov küçəsində tikilməkdə olan Bənövşəyi xəttin 3-cü stansiyasında (B3) yeni və fərqli texnologiyalar tətbiq ediləcək.Bu barədə Trend-ə özəl...