Bakı metrosunda 9 yeni stansiya tikiləcək

20
sen
2017
17:31
"Bakı metropoliteni" QSC metronun "yaşıl" xəttinin genişləndirilməsi ilə bağlı tikinti işlərinə başlayıb.BAKU.WS bildirir ki, bunu Trend-ə "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev deyib.Onun sözlərinə görə, yenis stansiyalar üçün ərazi artıq ayrılıb: "Tikinti artıq başlayıb, amma hələlik konkret tarixlər barədə danışmaq tezdir".Gələcəkdə metropolitenin "yaşıl" xəttinin dairəvi xəttə çevrilməsi planlaşdırılır. Bununla bağlı olaraq "Xətai" və "Həzi Aslanov" stansiyaları arasında 3 stansiyanın tikilməsi və "Dərnəgül"lə "Həzi Aslanov" stansiyalarının birləşdirilməsi nəzərdə tutulur. Ümumilikdə "Dərnəgül" və "Həzi Aslanov" stansiyaları arasında 9 stansiyanın tikintisi planlaşdırılır.E.İsayev həmçinin qeyd edib ki, Bakı Metropoliteninin "bənövşəyi" xəttində də tikinti işləri davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər
Bakıda yeni metro stansiyalarının inşasına başlanılır
Bakı şəhərinin Nobel prospekti boyunca yeni üç metro stansiyasının inşası nəzərdə tutulub. Onlardan biri "Ağ Şəhər", digəri neftayırma zavodunun qarşısı, üçüncü...