Bahalı avtomobilin sürücüsündən piyadalara qarşı hörmətsizlik - FOTO
23
yan
2018
18:26
Hər bir işin, peşənin özünə xas mədəniyyəti, üsulu, qaydası var. Elə sürücülüyün də. Lakin mədəniyyətdən kənar, qaydaları pozmağı özünə hünər sayan sürüclərimiz də az deyil. BAKU.WS xəbər verir ki, dövlət qeydiyyat nişanı 10 BA 033 olan avtomobilin adı məlum olmayan sürücüsü kimi. Diqqət edək! Bu avtomobilin, həm də kifayət qədər bahalı avtomobilin sürücüsü yol hərəkəti ilə bağlı mövcud olan bütün qaydaları kobud şəkildə pozaraq nəqliyyat vasitəsini piyadalar üçün nəzərdə tutulan səkinin üstündə saxlayıb. Bunun üçün həmin o naməlum sürücü yolda yeni quraşdırılan pandusdan istifadə edib. Bu pandus isə fiziki imkanları məhdud şəxslərin rahat hərəkəti üçün nəzərdə tutulub. Əslində qaydaları heçə sayıb avtomobilini pandusun üzərindən səkiyə qaldıran sürücünün də sağlamlığında müəyyən məhdudiyyətlər var. Lakin fiziki yox, əqli. Normal təfəkkürə malik insan cəmiyyətə qarşı bu cür tərbiyəsizlik etməzdi. Onun bu qeyri mədəni hərəkəti sayəsində yeni quraşdırılan pandusun örtuk daşları da sınıb.Qısa xatırlatma edim ki, bir müddətdir ki, Bakı Nəqliyyat Agentliyinin başladığı layihə əsasında paytaxtın küçə və prospektlərində panduslar quraşdırılır. Fiziki imkanları məhdud, uşaq arabası ilə olan və yaşlı piyadaların rahat hərəkətinin təmin edilməsi baxımından bu layihə sosial əhəmiyyət kəsb edir. Onu da vurğulamaq lazımdır ki, ilk dəfədir ki, paytaxtımızda bu cür sosial layihə həyata keçirilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda sürücü qaydaları pozdu, əsəbiləşdi: "Mən dəliyəm, sizə nə olub?" (VİDEO)
Bakının Abbas Mirzə Şərifzadə küçəsində işıqforda dayanan sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub. BAKU.WS-in məlumatına görə, Opel markalı avtomobi...