Yol polisinin və kameranın qarşısında qayda pozdular (VİDEO)

Yol polisinin və kameranın qarşısında qayda pozdular (VİDEO)
Video
Hadisə 2129
 

Aprelin 1-i Bakının Mikayıl Müşviq küçəsində (TQDK-nin yaxınlığında) hərəkətdə olan 10-NM-501 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü YPX əməkdaşının gözü qarşısında 1.3 xəttini (qoşa xətti) tapdalayaraq əks istiqamətə çıxaraq svetoforun qadağanedici işığında hərəkət edib.

BAKU.WS xəbər verir ki, onun bu hərəkəti Avtosfer.az-ın kamerasına tuş gəlib.

Eyni tarixdə Akademik Həsən Əliyev küçəsində 90-HS-643 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü hərəkətə başlayan zaman arxadan gələn avtomobilə yol verməyib. Bu azmış kimi tam olaraq əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib.

Bu tip intizamsız sürücülər son zamanlar əks istiqamətdə hərəkət etmə xəstəliyinə tutulublar. Yəqin ki, bu sürücülər məsuliyyətdən kənarda qaldıqlarına və ya belə düşündüklərinə görə rahat şəkildə qaydaları pozurlar.

Bu görüntülərə görə onların hər ikisini 100 manat 4 bal cərimə gozləyir.

BAKU.WS

Son xəbərlər