Azərbaycanda evakuator özündən böyük maşın aparır - VİDEO
Adətən minik avtomobilləri üçün nəzərdə tutulan evokuator özündən xeyli böyük yük avtomobilini də aparır.
Üstəlik avtomobillərin sürətlə hərəkət ediyi yolda orta zolaqla gedir. Sürücünün ani diqqətsizliyi və ya yanlış manevri hər an böyük faciəyə səbəb ola bilər.
xezerxeber.com bildirir ki, təqdim edəcəyimiz kadrlar paytaxt yollarının birində lentə alınıb. Bəzi evokuator sürücüləri işlərini görərkən qaydaları heçə sayır.
Ekspert Ərşad Hüseynov deyir ki, hər bir evakuatorun yük götürmə ilə bağlı texniki göstəriciləri var. Kadrlardan aydın görünür ki, evokuatorun sürücüsü birbaşa yükdaşıma qaydalarını pozub.
Qanuna əsasən yük aparan avtomobilin ümumi hündürlüyü apardığı yüklə bərabər 4 metrdən artıq olmamalıdır.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə deyir ki, həmin evokuatorun qaydaları pozduğunu bilmək üçün mütləq onun texniki parametrlərinə baxmaq lazımdır. Əgər həmin göstəricilərdən artıq yük daşınıbsa sürücü İnzibati Xətalar Məcəlləsinə uyğun cərimə ediləcək.
BAKU.WS
Oxşar xəbərlər
Avtomobilini çirkli saxlayan sürücülər cərimələnə bilər (VİDEO)
Avtomobil toz-torpaq içərisindədir. Yağan yağış onun çöl görüntüsünü bərbad hala salıb. Dövlət nömrə nişanının üzərindəki çirk isə onun uzaq məsafədən görünməsi...