Babək prospektindən "Gəncliy"ə birbaşa yol çəkiləcək - Yeni layihə

Yusif Səfərov küçəsi, Babək və Heydər Əliyev prospektlərinin kəsişməsində ciddi inrastruktur dəyşikliyi olacaq.
Nəqliyyatın dayanmadan hərəkəti üçün həmin kəsişmədə fərqli səviyəli yol ötürücüləri və digər alternativ yolların yaradılması gözlənilir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, əsas hədəflərdən biri Babək prospekti ilə "ADA" universitetinin qarşısından keçən yolun birbaşa əlaqələndirilməsidir.
8 Noyabr prospektində də yeni layihələr icra ediləcək. Əsas hədəf "Nargilə dairəsi" kimi tanınan ərazidə sıxlığı aradan qaldırmaqdır.
Ekspert deyir ki, bundan başqa şəhərdə nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 8 Noyabr da daxil olmaqla 4 böyük əsas prospekti birləşdirən yeni yolun yaradılması da əsas hədəflərdəndir.
"Xəzərxəbər"in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
Oxşar xəbərlər
Naxçıvanda bir sıra dönərxanalarda nöqsanlar aşkarlanıb
Naxçıvan Muxtar Respblikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən dönər satışı həyata keçirilən qida obyektlərində bayram günlərində qida zəhə...
