AzTV tarixi qətlləri araşdıracaq - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Televiziyasında yeni layihə start götürür.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, “Qətl planı” adlı yeni televiziya layihəsi bədii-sənədli filmlər silsiləsindən ibarətdir.
Çəkiləcək bədii-sənədli filmlərin qəhrəmanları faciəvi ölümü ilə tarixə düşmüş ictimai-siyasi, mədəniyyət və elm xadimləri olacaq.
Filmlər sözügedən şəxsiyyətlərin ölüm səhnələri ilə başlayacaq və sanki onların həyatının sonundan əvvəlinə doğru ekskurs ediləcək.
Bəzi şəxsiyyətlərin müəmmalı ölümü tarixi detektiv üslubda araşdırılacaq və müxtəlif fərziyyələr irəli sürüləcək.
“Qətl Planı” fevralın 25-i saat 21:30-da AzTV-də yayımlanacaq.
Oxşar xəbərlər
Azərbaycanda bu tarixdən küçəyə çıxmağa yalnız SMS-lə icazə verəcəklər
Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqq...