Azərbaycanın peyki bu ölkələrə də xidmət göstərəcək

24
may
2017
21:13
Azərbaycanın "Azərkosmos” ASC peyk operatoru Gürcüstan, Qırğızıstan və Moldova vətəndaşları üçün ""Azersky” İstifadəçilər qrupu” layihəsini işə salıb. BAKU.WS Virtualaz.org-a istinadən bildirir ki, layihə bu ölkələrin elmi-tədqiqat institutlarına, universitetlərinə, eləcə də alimlərə, tələbələrə, tədqiqatçılara və elmi araşdırmalarla məşğul olan şəxslərə aşağı orbitli peyklərdən alınan görüntülərin keyfiyyətini qiymətləndirməyə imkan verəcək. İştirakçılar öz layihələrinin 2017-ci il iyun ayının 20-dək təqdim edə bilərlər. "Azərkosmos” seçilmiş layihələr üçün Azersky/SPOT6 peykindən görüntüləri təqdim edəcək. BAKU.WS

Oxşar xəbərlər
Bu müəllimlərin MAAŞI ARTIRILDI
Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödən...