Azərbaycanda yollarda YENİ İŞARƏLƏR qoyuldu - İLK DƏFƏ (FOTO)
31
avq
2017
12:20
Azərbaycanda ilk dəfə olaraq magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır."Azəravtoyol" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, bu layihə yeni inşa edilən Ələt-Astara avtomobil yolunda gerçəkləşdirilir.Bu addımın atılmasında məqsəd yolun yeni trassa üzrə inşa edilməsi, kənarlarının bağlı olması və yaşayış məntəqələrindən demək olar ki, keçməməsidir.Layihə üzrə müəyyən məsafələrdən bir bu cür istirahət sahələrinin yaradılması nəzərdə tutulub. Artıq bununla bağlı olaraq yeni yol boyunca xüsusi ərazilər ayrılıb və məlumatverici lövhələr də quraşdırılıb.İstirahət sahələrində parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, tualet, market və sair iaşə obyektləri yerləşəcək.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda pullu yolların qiyməti açıqlandı
Azərbaycanda ödənişli avtomobil yolu olacaq. BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətini...