Azərbaycanda toy adətləri: cehizlər niyə dəyişir? - VİDEO

Azərbaycanda toy adətləri: cehizlər niyə dəyişir? - VİDEO
Video
Sosial 2093
 

Cehiz, xalqımızın qədim adətlərindəndir. Hətta elə bölgələrimiz var ki, qız uşağı doğulan gündən valideynlər onun üçün cehiz yığmağa başlayırlar. Bu adətin yaranmasından əsrlər ötsə də, qızlarımız hələ də  ər evinə cehizsiz köçmürlər. Amma illər bu adəti də dəyişdirib. Dəyişiklik adətlə yox, verilən cehizliklərlə bağlıdır. Yəni cehizin tərkibi  dəyişib.

BAKU.WS xezerxeber.az-a istinadən bildirir ki, yun çırpmaq, saysız qab-qacaq yığmaq, evi əşya ilə doldurmaq adəti unudulmaq üzrədir.

Adət hələ də qalsa da, cehiz verilən əşyalar yerlərini müasir olanlarına verib. İndi gəlin köçən qızın cehizini paltaryuyan, qabyuyan, ət və sokçəkən kimi məişət əşyalarsız təsəvvür etmək olmur.

Müasir çarpayılar döşək sırımaq adətini də  getdikcə  unutdurur.  Xüsusilə də  şəhər  yerlərində döşəyə  maraq azalıb.

Əvvəllər  klassik qab-qaşıq dəbdə idisə, indi rəngarəng olanları gündəmdədir. Mebelin vitrininə çoxlu qab yığmaq modası da dəbdən düşüb. Artıq bahalı şkaflara az sayda qab-qaşıq  düzülür.  Gəlin köçən qıza istifadə edəcəyindən çox daha artıq cehiz vermək adəti  də tarixə qovuşur.  

Qeyri-adi üslubda hazırlanan çilçıraqlar isə müasirlikləri ilə klassik olanlarını geridə  qoyur.

Qarabağ, Gəncə, Qazax və  Qubanın məşhur xalçalarına da maraq azalıb. İndi cehizdə rəngli kilimlər üstünlük təşkil edir.

BAKU.WS

Son xəbərlər