10 yaşına kimi danışmayıb, indi muğam ifa edir - Rəvanənin möcüzəvi həyatı - VİDEO
10 yaşına kimi danışa bilməyən qız uşağı birdən dil açıb. O vaxta kimi valideynləri uşağın lal olduğunu biliblər. Amma necə deyərlər, həyatda hər şey baş verir-uşağın dilinin açılması kimi. Ağdam sakinləri olan Vəliyevlər ailəsinin 15 yaşlı qız övladı indi isə peşəkar muğam dərsi alır.
BAKU.WS xezerxeber.az-a istinadən xəbər verir ki, Bakıda yaşayan 15 yaşlı Rəvanə 10 yaşına qədər danışmayıb. Vaideynləri elə biliblər ki, o, laldır. 5 il əvvəl isə möcüzə adlandıra biləcəyimiz hadisə baş verib.
İlk dəfə dil açanda uşaq səsi ilə danışsa da, indi Rəvanə hətta peşəkar muğam ifaçıları kimi zəngulələr vurur.
10 il danışmayan Rəvanənin anası, sanki o illərin acığını çıxmaq üçün indi istəyir ki, qızı doyunca oxusun. Bəzən özü və ailə üzvləri də Rəvanəyə qoşulub muğam ifa edirlər.
Möcüzə kimi ömür yaşayan Rəvanənin gələcək arzuları da elə muğamla bağlıdır.
BAKU.WS
Oxşar xəbərlər
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm” - Nuray +Video
10 yaşlı Nurayın "Nə olar, məni anamdan ayırmayın" - çağırışları dünəndən bəri videoya baxan şəxslərin qulaqlarından getmir. Kimliyindən, vəzifəsindən asılı olm...