Bakıda ŞOK HADİSƏ: 10 yaşlı uşağı oğurlayıb diləndirdilər
Bakıda itkin düşən uşaq tapılıb.
Lent.az-ın məlumatına görə, Bakının Əhmədli qəsəbəsində itkin düşən 10 yaşlı Abbasov Amil tapılıb.
Bu barədə Amilin ailəsindən bildirilib. Deyilənə görə, uşağın özü az öncə evə gəlib. "Qapı döyüldü, açdıq gördük uşağın özüdür", - deyə Amilin anası Arzu Abbasova bildirib.
3-cü sinif şagirdi olan Amin özü isə aznews.az-a onu dilənçilərin oğurladığını deyib: "Məni soyuqda diləndirdilər”.
Bunu həmin sayta Aminin anası da təsdiqləyib. O bildirib ki, uşaq oynayarkən yanında 4 uşaq olan qaraçı qadın onu çağırıb və dünən bütün günü soyuqda diləndirib: "Uşaq o qədər soyuqda qalıb ki, eşitmə qabiliyyəti zəifləyib. Qaraçı qadın uşağın internetdə şəklini və axtarışda olduğunu görən kimi gətirib qapımızın ağzına qoyub. Hal-hazırda hüquq-mühafizə orqanları qadının kimliyini araşdırır”.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda zibillikdən uşaq meyiti tapılıb
Bakıda zibillikdən yeni doğulmuş uşaq meyiti aşkarlanıb. BAKU.WS Bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, dünən gü...