Azərbaycanda müəllimlərə bəzək əşyalarından istifadəyə məhdudiyyət qoyulub
07
sen
2017
15:51
Balakən rayon Təhsil Şöbəsi rayonda çalışan müəllimlərə vahid geyim forması tələbi qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Təhsil Şöbəsindən APA-ya verilən xəbərə görə, ötən gün bəzi kütləvi informasiya vasitələrində Zaqatala və Balakən rayonlarındakı ümumtəhsil məktəblərində müəllimlərə vahid geyim forması tələbi qoyulması barədə məlumat yer alıb. Məlumatda qeyd olunub ki, tələbə əməl etməyənlər dərsə buraxılmayacaq.Bununla bağlı bildirilib ki, bu məlumat tamamilə yanlışdır, heç bir məktəbə belə tələb qoyulmayıb. Direktorların və müəllimlərin iclasında müəllimlərin geyimlərinin vahid formada deyil, pedaqoji fəaliyyətə uyğun olması barədə tapşırıq verilib, şagirdlərin fikrini yayındırdığına görə bəzək əşyalarından istifadəyə məhdudiyyət qoyulub.BAKU.WS
Oxşar xəbərlər
Zaqatala və Balakəndə müəllimlərə vahid geyim tələbi – DƏRSƏ BURAXILMAYACAQLAR
Zaqatala və Balakəndə bəzi kənd məktəblərində müəllimlərin yeni tədris ilindən vahid forma geyinmələri barədə tapşırıq verilib. Tələblərə görə, müəllimlər yalnı...