Azərbaycanda internetdə yaranan problemin səbəbi açıqlandı (RƏSMİ)

29
sen
2017
16:11
İnternetdə baş vermiş qısamüddətli qüsurlar Avropanın bir sıra tranzit operatorlarında şəbəkələrin yüklənməsi ilə əlaqədar olub.BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə "Delta Telecom" (Azərbaycanın magistral rabitə operatoru) şirkətindən deyilib.Şirkətdən bildirilib ki, sistemdə qüsur olduqda və ya həddən artıq yükləndikdə sistem avtomatik olaraq ehtiyat xətti işə salır ki, bu, istifadəçilərin internetə dayanıqlı girişini təmin edir: “Bizim Avropanın giriş nöqtələrinə birdən çox qoşulmamız mövcuddur və qeyri-müəyyən vəziyyət yarandığı təqdirdə sistem trafiki avtomatik olaraq digər xəttə yönləndirir. İnternetə girişlə problem bütün istifadəçilərdə olmayıb, indi bunun səbəblərini araşdırırıq. Hazırda trafikin ötürülməsi adi rejimdə davam edir”.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda internet kəsildi
Azərbaycanda günorta saat 14:00-dan sonra internetdə ciddi problemlər yaranıb.BAKU.WS-in məlumatına görə, birdən-bir internetə girişdə məhdudiyyətlər yaranıb.BA...
