"Azərpoçt" valyuta mübadiləsini həyata keçirəcək ilk ödəniş terminalını işə salır

Azərpoçt valyuta mübadiləsini həyata keçirəcək ilk ödəniş terminalını işə salır
İqtisadiyyat 974

Azərbaycanın poçt rabitəsi operatoru Azərpoçt MMC "e-Gov-Pay" ilk ödəniş terminalını işə salır.

Qurumdan Trend-ə verilən məlumata görə, terminal valyuta mübadiləsi funksiyasına sahib olacaq.

Terminalın istifadəyə verilməsi "Azərpoçt"un "bir pəncərə" prinsipi ilə çalışan ilk mərkəzinin rəsmi açılışından sonraya planlaşdırılır. Açılış mərasimi yaxın günlərdə keçiriləcək.

Bu cür terminallar vasitəsilə kommunal, rabitə xidmətləri və internetə görə ödənişləri həyata keçirmək mümkün olacaq.

Yaxın zamanlarda bu cür terminallar Yasamal və Xətai rayon filiallarında açılacaq mərkəzlərdə təşkil olunacaq. Gələn ilin ilk yarısında Bakı və Sumqayıt şəhərlərində 5 bu cür mərkəz işə salınacaq.

BAKU.WS

Oxşar xəbərlər

Avtomatik valyuta dəyişmə terminalı

Avtomatik valyuta dəyişmə terminalı

Bank Silk Way ticarət və xidmət müəssisələrində avtomatik valyuta dəyişmə terminallarının yerləşdirilməsini planlaşdırır. Artıq 1-ci terminal bankın baş ofisi...

1648 Şou-biznes 14:17 09 dekabr 2016

Son xəbərlər