Azərbaycanda yenilik: parkinq üçün ödəniş SMS-lə olacaq
16
avq
2016
10:51
Bakıda avtomobillərin parklanması üçün ödənişi SMS vasitəsilə həyata keçirmək mümkün olacaq.
BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.
Mənbənin sözlərinə görə, bu layihə Bakı şəhər İcra Hakimiyyəti və Bakcell MMC tərəfindən həyata keçiriləcək.
Hazırda layihə BŞİH tərəfindən baxılmaqdadır və təsdiq olunduqdan sonra həyata keçiriləcək. Parklama ödənişi üçün abonent balansından istifadə olunacaq.
BAKU.WS
Oxşar xəbərlər
Mənzil satışıyla bağlı qaydalar dəyişdi (VİDEO)
Vergi ödənişi olmadan daşınmaz əmlakın alqı-satqısını həyata keçirmək mümkün olmayacaq. Məzil satışı ilə bağlı yeni qaydalar təsdiqlənib. Qaydalarda bir sıra ba...