Azərbaycanda 4 milyona yaxın insanın maaş artımını təmin etmək üçün layihə hazırlandı

Azərbaycanda 4 milyona yaxın insanın maaş artımını təmin etmək üçün layihə hazırlandı
İqtisadiyyat 1408

 

"Dövlət büdcəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə maliyyə təminatı yaradılmalıdır. Bunun üçün 2016-ci il dövlət büdcəsinə düzəlişlər ediləcək".

BAKU.WS-in məlunmatına görə, bunu maliyyə naziri Samir Şərifov "Azərbaycan Televiziyası"nın "Günün Nəbzi" verlişinə geniş müsahibəsində deyib. Nazir bildirib ki, bununla bağlı müvafiq layihə hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib:

"Layihə hazırda prezidentə təqdim olunma ərəfəsindədir. Dövlət başçısı məqbul sayacağı təqdirdə layihə Milli Məclisə göndəriləcək. Bu layihənin müzakirəsi təxminən fevral ayının ilk həftəsinə təsadüf edəcək. Düzəlişlər nəticəsində sosial müdafiənin gücləndirilməsi tədbirlərini həyata keçirmək mümkün olacaq. Sosial tədbirlərin icrası üçün 1,2 milyard manatdan çox maliyyə təminatı yaradılmalıdır. Bu layihə təxminən 3 milyon 700 min insanı əhatə edəcək".

Şahin Həbibov

BAKU.WS  

Son xəbərlər