Azərbaycanda yeni mobil ödəniş sistemi yaradılır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda "AzerPay” universal mobil ödəniş sistemi yaradılır.
"AzerPay” şirkətindən AZƏRTAC-a bildirilib ki, sistem 2016-cı il yanvarın ortalarında sınaqdan keçirilməyə başlayacaq, fevralda isə istismara veriləcək.
Yeni ödəniş sistemi təmassız ödənişlərin, pulköçürmələrin həyata keçirilməsi imkanı, kredit alınması üçün müraciət, POS-terminallardan əməliyyatlar aparılması, hesabın doldurulması və digər üstünlüklərə malikdir.
Sistemdə ümumilikdə 160-dan çox ödəniş xidməti olacaq. İstifadəçilərə, həmçinin "Mobile POS” ödənişlərinin qəbulu üçün vergiödəyicinin eyniləşdirmə nömrəsinin qeydiyyata alınması xidməti təklif ediləcək. Bu xidmət fərdi sahibkarlar üçün nəzərdə tutulub və kommersiya fəaliyyəti ilə bağlı ödənişləri qəbul etməyə, vergi ödənişini avtomatik həyata keçirməyə imkan verəcək.
BAKU.WS
Oxşar xəbərlər
İşdən çıxarılan şəxslərin kreditini dövlət ödəyəcək - ŞAD XƏBƏR
"Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul istifadəyə veriləcək. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutu...