Azərbaycanda internet tarifləri artacaq

Azərbaycanda internet tarifləri artacaq
İqtisadiyyat 2296

 

"Delta-Telecom" şirkəti Azərbaycan bazarında xidmətlərinin qiymətlərini stabil saxlamaq üçün maksimum dərəcədə çalışır. Lakin eyni zamanda qiymət artımının olmaması təkcə müəssisədən asılı deyil. Belə ki, artıq uzun müddətdir ISP (internet xidmətləri təminatçısı) və digər işlədicilərin müəssisəyə külli miqdarda borcları yaranıb".

BAKU.WS-in məlumatına görə, bunu "Report"un sorğusuna cavab olaraq "Delta-Telecom"dan bildiriblər.

Azərbaycanın ən iri internet provayderlərindən biri olan şirkət əlavə edib ki, müştəriləri vaxtı-vaxtında ödənişlər aparmır: "Buna görə də bütün işlədicilərdən xahiş edirik ki, müəssisəmizə olan borcları dərhal ödəməklə yanaşı, aylıq ödənişləri də vaxtında aparsınlar. Əks təqdirdə çevrilmə faizi dəyişdiyinə görə və müqavilənin müvafiq bəndlərinə uyğun olaraq, gecikmiş ödənişlərə üçün cərimə faizi tətbiq ediləcək".

Daha sonra internet provayderi əlavə edib ki, "Delta-Telecom” internetin əsas hissəsini Avropanın "Tier1" operatorlarından ("TeliaSonera", "GlobeInternet", "Level 3", "GlobalCrossing", "Tinet" provayderləri) alır və xidmətlərə görə ödənişlər avro və dollarla aparılır. Eyni zamanda, internetin yüksək keyfiyyətinin təmin edilməsi üçün "Delta-Telecom" tərəfindən ən azı üç istiqamətdən xarici böyük tutumlu tranzit kanallar icarəyə götürülüb və ödənişlər aylıq qaydada dollar və avroda həyata keçirilir. 

"Report"un analitik qrupu qeyd edir ki, sadalanan amilləri nəzərə alaraq, Azərbaycanda tezliklə internet tariflərinin də artacağını gözləmək olar.

BAKU.WS

Oxşar xəbərlər

“Azercell" qiymət artımından danışdı

“Azercell" qiymət artımından danışdı

Azərbaycanda dekabrın 21-də həyata keçirilən milli valyutanın devalvasiyası ölkədəki mobil rabitə operatorlarının rouminq xidmətlərinin tariflərinə ciddi təsir...

2153 Sosial 12:38 25 dekabr 2015

Son xəbərlər