Azərbaycanda iki dərmanın satışı qadağan edildi

Azərbaycanda iki dərmanın satışı qadağan edildi
Sosial 4346
Həddindən çox allergik reaksiyalar və anafilaktik şok verdiyinə görə "Bioporoks" və "Sonofaks" kimi dərman vasitələrinin satışı qadağan edilib.BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət sektorunun müdiri Elmin Quliyev bildirib ki, ötən ilin yekunlarına görə 150-yə yaxın dərman vasitəsinin əlavə təsiri haqqında bildiriş əldə edilib. Bu ilin yanvarında isə 150-dən artıq dərman vasitəsi haqqında məlumat verilib.Şöbə müdirinin dediyinə görə, Azərbaycana daha çox Avropa ölkələrindən dərman vasitələri idxal edilir. Sonrakı yerləri Rusiya, MDB ölkələri, Türkiyədən gətirilən dərmanlar tutur. E.Quliyevin sözlərinə görə, Banqladeş və Hindistandan da dərmanlar gətirilsə də, onların sayı o qədər də çox deyil.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda bu şəxslərə dərman satışı qadağan edildi

Azərbaycanda bu şəxslərə dərman satışı qadağan edildi

Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satışı qadağan edilir.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu...

1015 Sosial 14:03 01 fevral 2018

Son xəbərlər