Azərbaycanda "Bilik Günü" qeyd olunur (FOTO)

Azərbaycanda Bilik Günü qeyd olunur (FOTO)
Sosial 1336
Azərbaycanda bu gün "Bilik Günü" qeyd olunur. BAKU.WS-in məlumatına görə, ümumtəhsil məktəblərində bu il 1 milyon 445 min 49 şagird təhsil alacaq. Birinci sinfə gedən şagirdlərin sayı isə 164 945 nəfərdir.2017-2018-ci tədris ili ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət ili” elan edilib, ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub. Bu il bütün mənbələr hesabına 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tipli məktəbdir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur.12 məktəb binası əsaslı, 484 məktəb cari təmir edilib.1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.2017-2018-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil məktəbləri üçün ümumilikdə 241 adda 4 563 416 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.BAKU.WS

Oxşar xəbərlər

20 nömrəli məktəb belə olacaq (FOTO)

20 nömrəli məktəb belə olacaq (FOTO)

Yeni dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir....

5517 Sosial 14:41 21 iyul 2017

Son xəbərlər