Məktəb sayı ən çox və ən az olan rayonların adı açıqlanıb
Azərbaycanda təhsil alan ümumi şagirdlərin sayı 1.473.189 nəfərdir. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında qeyd edilib.
Hesabata əsasən, təhsil alanların sayı ən çox olan rayon Sabunçu (59.088 nəfər), ən az olan isə Naxçıvan Muxtar Respublikasının Sədərək (1.296 nəfər) rayonudur. Azərbaycanda məktəblər gündüz və digər ümumtəhsil müəssisələri olmaqla iki yerə ayrılır və onların ümumilikdə sayı 4.476-dır. Bu məktəblərin 3.300-ü və ya 73.73%-i tam orta, 804-ü və ya 17,96%-i ümumi orta, 329-u və ya 7.35%-i isə ibtidai məktəbdir. Digər növ məktəblərin sayı az olub və ümumi çəkidə 1%-ə çatmır. Onlardan 17-si internat tipli məktəblər, 13-ü internat siniflərdir. Axşam, qiyabi məktəblər və siniflərin sayı isə müvafiq olaraq 7 və 6-dır.
Azərbaycanda ən çox məktəb olan rayonlara gəlincə, qeyd olunub ki, ümumtəhsil müəssisələrindən 316-sı Bakı şəhərində, 216-sı Naxçıvan Muxtar Respublikasında, 739-u 6 şəhərdə - Quba (135), Ağdam (135), Cəlilabad (125), Xaçmaz (123), Laçın (111), Kəlbəcərdə (110) yerləşir. Qalan 3.205 məktəb isə respublikanın digər rayon və şəhərlərinin payına düşür.
Naftalan şəhəri isə 3 məktəblə sıralanmada sonuncu yerdədir.
BAKU.WS
Oxşar xəbərlər
120 mindən çox şagirdin yalnız 22 faizi ötən il XI sinfi başa vurub
"2016-cı ildə XI sinfi bitirən şagirdlər I sinfə 2005-ci ildə daxil olub. Təhsil Nazirliyinin məlumatına əsasən, 2005-ci ildə I sinfə qəbul olan şagirdlərin say...