Azərbaycanda orta məktəblər üçün yeni ödənişli xidmətlər müəyyənləşdirildi

Azərbaycanda orta məktəblər üçün yeni ödənişli xidmətlər müəyyənləşdirildi
Sosial 1619

 

Azərbaycanda orta məktəblər üçün yeni ödənişli xidmətlər müəyyənləşdirilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında" qərara dəyişikliklər edilib.

Yeni qərara əsasən, orta məktəblərin əlavə gəlir əldə etmək məqsədilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin siyahısına dövlət ümumi təhsil proqramlarında nəzərdə tutulmayan bilik və bacarıqların tədrisi və qiymətləndirilməsi, o cümlədən beynəlxalq təhsil proqramlarının tətbiqi, ümumi təhsil müəssisələrində məktəbə hazırlıq qruplarının, idman seksiyalarının və yaradıcılıq dərnəklərinin təşkili, təhsil müəssisələrinin idman zalları və meydançalarından dərsdənkənar və təhsil alanların istifadəsində olmadığı vaxtlarda təyinatı üzrə digər tədbirlərin həyata keçirilməsi üçün istifadə edilməsi, təhsil müəssisəsinin profilinə və fəaliyyət istiqamətlərinə ziddiyyət təşkil etməyən iş və xidmətlərin göstərilməsi də daxil edilib.

BAKU.WS

Oxşar xəbərlər

Maaşları artırılacaq müəllimlərin imtahan nəticələri açıqlandı

Maaşları artırılacaq müəllimlərin imtahan nəticələri açıqlandı

4-6 dekabr 2015-ci il tarixlərində Masallı və Cəlilabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib....

19425 Sosial 14:01 07 dekabr 2015

Son xəbərlər