Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edə bilər - HANSI?
21
fev
2018
17:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Qrupunun İdarəetmə şuralarının illik iclasının Bakıda keçirilməsi üçün müraciət edib.BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə hökumətdəki mənbədən məlumat verilib.Qeyd olunur ki, söhbət 2021-ci ildə keçiriləcək iclasdan gedir. O da əlavə olunub ki, Dünya Bankı bu ilin payızında Bakı və digər şəhərlərin namizədliklərini nəzərdən keçirəcək.Qeyd edək ki, hər il Dünya Bankı və Beynəlxalq Valyuta Fondu çoxlu sayda iqtisadi məsələlərin müzakirə olunduğu iclas keçirir. Bu iclaslarda yoxsulluğun azaldılması, beynəlxalq iqtisadi əməkdaşlıq kimi məsələlər nəzərdən keçirilir.Bu iclaslar hər il Vaşinqtonda, hər üç ildən bir isə fərqli şəhərlərdə keçirilir. 2018-ci ildə iclasa İndoneziya ev sahbiliyi edəcək.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.BAKU.WS-i...