Bu azərbaycanlı Dünya Bankında yüksək vəzifə aldı

Bu azərbaycanlı Dünya Bankında yüksək vəzifə aldı
İqtisadiyyat 1705

 

Samir Suleymanov Dünya Bankının strateji başçısı təyin edilib.

ANS PRESS-in məlumatına görə, ilk dəfədir ki, azərbaycanlı Dünya Bankında belə yüksək vəzifəyə təyin olunur.

39 yaşlı Samir Suleymanov 1996-cı ildən Dünya Bankında çalışır. O, Corctaun Universitetinin məzunudur. 1993-cü ildə Vaşınqtona köçüb. Daha əvvəl Ş.Suleymanov Dünya Bankı administrasiyasının daxili siyasət idarəsinin rəhbəri vəzifəsində çalışıb. Evlidir, 3 övladı var.

Xatırladaq ki, Dünya Bankı – dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biridir. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunub. Dünya Bankı - ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var.

Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan 4 milyard dollarlıq borc alır

Azərbaycan 4 milyard dollarlıq borc alır

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycana maliyyə yardımı edəcək. BAKU.WS-in məlumatına görə, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsilə artan...

976 İqtisadiyyat 10:06 28 yanvar 2016

Son xəbərlər