Azərbaycanın Milli Qəhrəmanının oğlu vəkil oldu
13
mar
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Kərəm Mirzəyevin oğlu Cahandar Mirzəyev Vəkillər Kollegiyasına (VK) üzv qəbul olunub.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu, VK Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində elan olunub.
Qeyd edək ki, Kərəm Mirzəyev 1960-cı il mayın 20-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. O, 1992-ci ilin 1 oktyabr tarixində Laçın rayonunun Mazutlu kəndi uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə yüksəlib.
Oxşar xəbərlər
Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb
Bakıda müşahidə olunan intensiv yağıntılı hava şəraiti ciddi çətinliklər yaradıb. BAKU.WS xəbər verir ki, xüsusilə Nərimanov, Nizami və Suraxanı rayonlarında,...