Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var - Nazir müavini
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Onun sözlərinə görə, ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur:
“Məlum olduğu kimi, yanvar ayının 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib. Birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub.
Bu prosesdə məqsədimiz ölkə əhalisinin 60-70 faizini peyvəndləməkdir. Vaksin preparatlarımız lazımı qədər olduqca bu proses ən tez bir zamanda reallaşacaq”.
Oxşar xəbərlər
Sərt karantin rejimi bu halda tətbiq oluna bilər - AÇIQLAMA
“Vaksinasiya prosesi davam edir, qarşıda da bizi yaz fəsli gözləyir. Bu baxımdan hesab edirəm ki, maska taxsaq, sosial məsafə gözləsək, tələb olunan qaydalara r...