Azərbaycanın bu universitetlərində təhsil alanların nəzərinə - Diplomlarınız tanınmayacaq!

28
may
2019
13:30
Türkiyənin Ali Təhsil qurumu Azərbaycanın üç universitetini “tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib.BAKU.WS redaktor.az-a istinadən xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O, bildirib ki, əsas səbəb kimi FETÖ hadisələri göstərilir:"Təəssüflər olsun ki, Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) qərar qəbul edib və Azərbaycanın Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universiteti “tanınmayan” universitetlər siyahısına salınıb.Rəsmi sənəddə bu universitetlərin tanınmamasına səbəb kimi Türkiyədə FETÖ olayları yazılıb".Ekspert bildirib ki, yeni qərarə əsasən bu universitetin məzunları məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura təhsili ala bilməyəcək.
Oxşar xəbərlər
Kamran Əsədov: "Əgər bu olsa, demək Təhsil Nazirliyi öz təhsilinə, verdiyi sənədə inanmır"
"Dünəndən mətbuatda yayılır ki, artıq Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır. Bu belə deyil".BAKU.WS xəbər verir ki, bu sözləri təhsil eksperti...